“Onlar fərqlidir və xüsusi özəlliklərə sahibdirlər” Aynur Musayeva

Cəmiyyət 19:01 03.12.2022
Onlar fərqlidir və xüsusi özəlliklərə sahibdirlər. Hər il dekabrın 3-də bütün dünyada Beynəlxalq Əlillər Günü qeyd olunur.
Bununla bağlı 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub.Məqsəd geniş ictimaiyyətin diqqətini sağlamlıq imkanları məhdud olan insanların hüquqlarının qorunmasına və onların problemlərinə yönəltməkdir.
Statistika göstərir ki, dünya əhalisinin təxminən 1 milyardı, yəni 15 faizi əlilliyi olan insanlardır.Dünyada 100 milyondan çox əlil uşaq var.466 milyon eşitmə əngəli olan insanın 34 milyonu 15 yaşdan aşağı olan uşaqlardır.BMT əngəlli olan insanın tərifini belə verir: “Əlilliyi olan insan şəxsi və ictimai həyatda öz işlərini fiziki və ya ruhi cəhətdən, anadan gəlmə və ya sonradan meydana gələn hər hansı xətadan qaynaqlanaraq görə bilməyən şəxsdir“. Təəssüf ki, dünyada sağlamlıq imkanları məhdud insanların sayı getdikcə artmaqdadır.
 
Ednews xəbər verir ki, bunu “Yeni Gundem”– ə açıqlamasında Uşaq İnkişaf Mərkəzinin rəhbəri Aynur Musayeva deyib.
 
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, diabet, ürək və damar xəstəlikləri, xərçəng, əqli sağlamlığını itirmiş və bəzi xroniki problemlərin qlobal miqyasda çoxalması əngəlli insanların sayını artırır.Hazırda dünyada əlilliyi olan insanlar cəmiyyətin bir çox sahələrinə daxil olmaq üçün bir çox maneələrlə üzləşirlər.Nəticədə, xüsusi özəlliyə sahib olan bu insanlar başqaları ilə bərabər şəkildə cəmiyyətə çıxış imkanından istifadə edə bilmirlər ki, buraya nəqliyyat, məşğulluq, təhsil sahələri, eləcə də ictimai iştirakçılıq daxildir.Bu gün əlillərin digər şəxslər kimi cəmiyyətdə tam hüquqlu üzv kimi yaşamaq və sosial iştirakçılıq hüquqlarının təmin olunması qlobal problem olaraq qalmaqdadır.
 
Azərbaycanda əlilliyi olan şəxslərin sayı 600 mindən çoxdur. 2006-cı ildə “Əlilliyi olan şəxslərin hüquqları haqqında” BMT-nin Konvensiyasına qoşulan Azərbaycanda əlil hüquqlarının qorunması, onların sağlamlıqlarının bərpası, sosial rifahının yaxşılaşdırılması, mənzillə, avtomobillə təminatı, peşə ixtisasına yiyələnməsi, bir sözlə, tam hüquqlu üzv kimi cəmiyyətə inteqrasiyası üçün addımlar atılır.Azərbaycanın ərazi bütövlüyü uğrunda sağlamlıqlarını qurban verən Qarabağ Qazilərinin sosial müdafiəsinin gücləndirilməsi xüsusi diqqətdə saxlanılır.Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva sağlamlıq imkanları məhdud insanlara xüsisi qayğı göstərir.Ölkədə əlillərin bərpa mərkəzləri, sağlamlıq imkanları məhdud uşaqlar üçün reabilitasiya mərkəzləri tikilib istifadəyə verilib.Əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur.Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun müddəaları öz əksini tapıb.
 
Heydər Əliyev Fondu tərəfindən əlilliyi olan şəxslərə, sağlamlıq imkanları məhdud uşaqlara qayğının artırılmasına yönələn xeyirxah aksiyalara, həmin insanların yaradıcılıq qabiliyyətlərinin cəmiyyətə tanıdılmasına, onlarda özünə inam hissinin yüksəlməsinə xidmət edən layihələr keçirilir.Əlilliyi olan uşaqlar üçün inklüziv təhsil imkanları ildən-ilə genişlənməkdədir. Bütün bunlar göstərir ki, sağlamlıq imkanları məhdud uşaqların istedadının, potensialının üzə çıxması üçün ailələrlə yanaşı, dövlət dəstəyi olduqca vacibdir.Həmin uşaqlara dəstək göstərdikdə, şərait yaratdıqda, qayğısına qaldıqda onlar daha böyük nailiyyətlər əldə edə bilirlər.Eyni zamanda bu gün fiziki imkanları məhdud şəxlərin həm şəhərdə, həm də ictimai nəqliyyat və binalarda sərbəst hərəkətinin təmin olunması üçün şəraitin genişləndirilməsinə ehtiyac var. Şəhərdə yerüstü keçidlərdə, metroda, ictimai binalarda daha çox pandusların quraşdırılması vacibdir.Əlilliyi olan şəxslərin işlə təmin olunması, onlara peşə biliklərinin aşılanması üçün səylər gücləndirilməlidir.Sağlamlıq imkanları məhdud olan insanların məşğulluğuna və sahibkarlığa çıxışına dəstək artırılmalı, onların kiçik biznes qurmaq üçün özünü məşğulluq proqramına cəlb olunması halları artırılmalıdır.Bir sözlə, əlillərin sosial müdafiəsi, onların cəmiyyətə inteqrasiyası gücləndirilməli, bu istiqamətdə innovasiyaların tətbiqinə geniş yer verilməlidir.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı