3 dekabr məşhur türkiyəli müğənni Yalın ilk dəfə Bakıda Bakı Konqres Mərkəzində möhtəşəm konsert proqramı ilə çıxış edib.
Konsertdə sənətçi sevənlərinə unudulmaz gecə yaşadıb. Müğənnini səhnədə canlı orekstr müşayiət edib. O, konsertdə pərəstişkarlarına sevilən kompozisiyalarını səsləndirib. Onların arasında ifaçının “Her şey sensin”, "Sensiz ben ne olayım", “Küçücüğüm”, “Yeniden”, “Tatlıyla balla”, “Benimki”, “Sesinde aşk var”, “Yaz gülü”, “Keyfi yolunda aşkı sonunda”, " Zalim" və s. kimi ifaları da var.
Konsert zamanı Yalının fanatları bütün mahnıları sənətçi ilə birgə ifa ediblər. Musiqili gecədə Yalın pərəstişkarları ilə söhbət də edib. 18 ildir, müğənnilik fəaliyyəti ilə məşğul olan ifaçı bu anı səbirsizliklə gözlədiyini etiraf edib.
“İllərdir, bu anı gözləyirəm. Bu gün konsertdə iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm. İllər sonra ilk dəfə Bakıda konsertə gəlirəm. İstəyirdim, burada qarşınızda musiqili proqramla çıxış edim. Amma bəzi səbəblərdən bu baş tutmadı", - deyə o bildirib.
Qeyd edək ki, həmçinin bəstəkar olan və Yalın soyadı ilə tanınan müğənninin əsl adı Hüseyindir. O, 2004-cü ildə "Zəlim" mahnısı ilə uğur qazanıb.
Günel Həsənova