Hərbi geyimdən sui-istifadə hallarının qarşısı necə alınmalıdır? AÇIQLAMA

Cəmiyyət 17:00 08.12.2022
Son zamanlar bəzi qazilərimiz tərəfindən ictimai yerlərdə hərbi formadan sui-istifadə etmələri barədə xəbərlər yayılmaqdadır.  
 
Bir müddət əvvəl hərbi geyimdə 20 yanvar metrostansiyasının qarşısında dilənən qazinin yayılan görüntüləri cəmiyyət arasında heç də birmənalı qarşılanmayıb. Bu kimi hallar bir çoxları tərəfindən narazılıqla və tənqidlə qarşılanıb. 
 
Ümumiyyətlə, hərbi formanı gündəlik geyinmək və daima bundan istifadə etmək nə dərəcədə doğrudur? 
 
Ednews-un sualına cavab verən hərbi ekspert Emin Həsənli bildirib ki, bu kimi hərəkətlər qanuni və mənəvi cəhətdən heç bir halda doğru deyil. 
 
“Qazilər cəmiyyət arasında xüsusi hörmətə layiq olan insanlardır. Hər kəsin onlara böyük ehtiramla yanaşırlar. Çünki onlar vətən uğrunda ölümü gözə alaraq vuruşublar.  Bəzi qazilərimizin səhvlərinə görə bütün qazilərimizi günahlandırmaq düzgün deyil. Tək-tük hallarda bəzi şəxslər hərbi formadan sui-istifadə edir. Zaman ərzində bu problemlər öz həllini tapacaq. Sizə deyim ki, hərbi formanı geyinib özünü görsərtmək halları ABŞ, Rusiya və post-sovet ölkələri, eləcə də digər ölkələrdə də yaşanır. Amma qazilərimiz də gərək hərbi geyimin nizam qaydalarına əməl etməlidirlər. Hərbi formaları gündəlik olaraq yalnız hərbiçilər geyinir. Vətən müharibəsində iştirak edən qazilərimizin adi günlərdə hərbi formadan gəzinti üçün istifadə etəməsi yalnış addımdır.  Əgər geyinmək istəyirlərsə, mütləq hərbi geyim qaydalarına əməl etməlidirlər. Üzü tüklü olmamalıdır, hərbi formanı müxtəlif ayaqqablar ilə, normal olmayan və səliqəsiz şəkildə geyinməməlidirlər. Hərbi formanı geyinib öz şəxsi maraqlarını güdmək qanuni və mənəvi cəhətdən yolverilməzdir.  Qanuni qaydada cəza tətbiq olunmaldır. Bu istiqamətdə dövlətimiz müxtəlif kütləvi informasiya vasitələri ilə maarifləndirmə tədbirləri aparır, o cümlədən digər ciddi tədbirlər də görülür”.
 
Məsələyə münasibət bildirən hüquqşünas Sahib Məmmədov Ednews-a açıqlamasında vurğulayıb ki, hərbi formadan sui-istifadə halları yalnız qanunla qarşısı alına bilər. 
 
“Hesab edirəm ki, qanunvericilikdə məsələ ilə bağlı əlavə tənzimləyici dəyişikliklər edilməlidir. Yalnız aidiyyatı qurumlar tərəfindən tətbiq edilən xüsusi qanunlar və qaydalar müharibədə iştirak edən və sağlamlığını itirən qazilərə ictimai yerlərdə hərbi formadan necə və hansı hallarda geyinmək barədə məlumatlandıra bilər. Kimsə bu formanı geyinib istədiyi qanunsuz əməllər törədə bilməz. Buna haqq qazandırılmamalıdır. Qanunvericilikdə tənzimləyici aktlar vasitəsi ilə hərbi formanın sui-istifadəsinə və bundan başqa şəxsi məqsədlərin güdülməsinə imkan verilmir. Bu aktlar xüsusi məsuliyyətə cəlb olunma tədbirlərini də tətbiq edəcək. Qazilərimiz hərbi geyimi yalnız Anım, Zəfər və Silahlı Qüvvələr günlərində ictimai yerlərdə istifadə edə bilərlər”. 
 
Qeyd edək ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə şəxs inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.
 
Yunis Abdullayev
Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı