“Hazırda ölkədə ərzaq ehtiyatı ilə bağlı problem yoxdur və olmayıb”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Baş nazir Əli Əsədov deyib.
“Ölkəmizdə bu məqsədlə 90 günlük mal ehtiyatları fondu yaradılıb. Burada başlıca məqsəd əhalini əsas ərzaq məhsulları ilə təmin etməkdir”, - deyə Baş nazir əlavə edib.