“Xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılsın” - Deputatdan - TƏKLİF - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

“Xaricdə yaşayan soydaşlarımız üçün televiziya kanalı yaradılsın” - Deputatdan - TƏKLİF

Cəmiyyət A- A A+
“Prezidentin xaricdə yaşayan soydaşlarımızla bağlı məlum və məşhur çıxışından sonra burada da fikirlər səsləndirilir. Lakin bu fikirlər reklam xarakterli olmamalıdır”.
 
Ednews  xəbər verir ki, bunu millət vəkili Sabir Rüstəmxanlı Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı bildirib.
 
“Bu istiqamətdə real addımlar atılmalıdır. Azərbaycan Respublikasındakından 3-4 dəfə çox soydaşımız xaricdə yaşayır.
 
Onların yaşadığı hər yerdə məktəb açmaq mümkün deyil. Dil və digər məsələlər buna mane olur. Lakin bir televiziya kanalı yaradıb, onun vasitəsilə yalnız təhsillə bağlı verilişlər yayımlaya bilərik. Bizim peyklərimiz də var. Onların imkanlarından yararlanmaqla bütün dünyada həmin televiziyanı yayımını təşkil edə bilərik. Xaricdə yaşayan soydaşlarımıza özümüzü, mədəniyyətimizi tanıtmaq üçün belə bir kanalın yaradılması məsələsinə diqqət ayrılsa məqsədəuyğun olardı”, deyə deputat əlavə edib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...