Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsinin tələbəsi Mehdi Fəxri dekabrın 8-də evdə təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.
Ednews xəbər verir ki, bu barədə azərbaycanlı tələbənin ailəsinə yaxın mənbə HRANA xəbər agentliyinə bildirib.
"Mehdi İran təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Məmurlar onun şəxsi əşyalarını, o cümlədən kompüterini və mobil telefonunu müsadirə ediblər. Ailəsinin təhlükəsizlik-məhkəmə orqanlarına dəfələrlə müraciət etməsinə baxmayaraq, hakimiyyət onun taleyi ilə bağlı cavab verməkdən imtina edir”, deyə mənbə vurğulayıb.
Hələlik Mehdi Fəxrinin həbsinin səbəbləri və harada saxlanılması barədə dəqiq məlumat yoxdur.
Qeyd edək ki, Mehdi Fəxri bu il oktyabrın 1-də Təbriz Universitetinin nizam-intizam komitəsi tərəfindən iki semestr təhsildən kənarlaşdırılıb.