“Bu gün Azərbaycanda ailə institutuna kənardan çox ciddi müdaxilələr var”.
Ednews xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, ailə institutunun zəifləməsində feministlərin rolu getdikcə artmaqdadır: “Bu təşkilatlar gənc qızları xoşagəlməz istiqamətə yönəltməyə çalışırlar. Biz qanunvericilikdə bunun qarşısını almalıyıq. Ciddi qanunvericilik aktlarının qəbuluna ehtiyac var”.