Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi - VİDEO - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi - VİDEO

Cəmiyyət A- A A+
Şəhid ailəsinin yaşadığı məhəlləyə küçə qaz xətti çəkildi, fərdi yaşayış evi təbii qazla təmin edildi
 
SOCAR “Azəriqaz” İstehsalat Birliyi Vətənin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ailə üzvlərinin, qazilərin, bu qəbildən olan əhali kateqoriyasına aid şəxslərin müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşır. Şəhid ailəsi SOCAR “Azəriqaz” İB-yə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Daxil olan müraciət dərhal nəzarətə götürülüb və icrası istiqamətində işlərə başlanılıb. 130 metr uzunluğunda diametri 76 mm olan polad boru ilə küçə qaz xətti çəkilib, fərdi yaşayış evinə sayğac quraşdırılıb. Bununla da şəhid ailəsinin etdiyi müraciət qısa zamanda həllini tapıb.
 
 
Ətraflı video:


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...