Misirli gənclər Azərbaycan dilini öyrənməyə xüsusi maraq göstərir.
Ednews xəbər verir ki, Misirdə də ana dilimizin öyrənilməsi geniş yayılıb. Belə ki, Misirdəki Azərbaycan diasporunun sədri Seymur Nəsirov bildirib ki, qurumun tərkibində açılan Azərbaycan dili kurslarına ərəb gəncləri tərəfindən böyük maraq var.
“Misirdə Azərbaycan dilinə qarşı böyük bir rəğbət var. 20 ildən çoxdur ki, Misirdə Azərbaycan dilini tədris edirəm. İlk öncə fərdi şəkildə tədris etsəm də, daha sonra 2013-cü ildə Qahirənin mərkəzində böyük bir diaspora mərkəzi təsis edərək, ana dilimizi kütləvi və daha çox imkanlarla tədris etməyə başladıq. Təqribən ildə 100-dən çox misirli tələbəni ana dilimizin öyrənilməsinə cəlb edirik”.
Diaspora sədri həmçinin qeyd edib ki, bütün diaspora mərkəzindəki fəaliyyətimiz könüllülük əsasında, heç bir vəsait ödənilmədən görülür. “Ərəb tələbələrimizə ölkəmizdən maraqlı kitablar hədiyyə edərək, onları daha da həvəsləndiririk. Çalışırıq ki, bu sahədə tədrisin daha da inkişafı üçün əlimizdən gələn hər cür dəstəyi göstərək”.
Misirli gənclərin Azərbaycan dilində ifa etdikləri şeir və mahnıdan ibarət olan maraqlı görüntülərini təqdim edirik:
Rəna Mürşüd