Ağdamda 191 km-lik yol-küçə şəbəkəsi üzrə pilot layihənin hazırlanması yekunlaşır - ednews.net

2 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Ağdamda 191 km-lik yol-küçə şəbəkəsi üzrə pilot layihənin hazırlanması yekunlaşır

Cəmiyyət A- A A+
“Bərpa olunan yaşayış məntəqələrinin küçə-yol və müvafiq mühəndis-kommunikasiya şəbəkələrinin kompleks şəkildə, vahid layihə çərçivəsində qurulması müstəqil Azərbaycan tarixində ilk dəfə Ağdam şəhərində tətbiq edilir”.
 
Ednews xəbər verir ki, bunu “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na həsr olunmuş tədbirdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.
 
Komitə sədri bildirib ki, bu məqsədlə hazırda bir neçə layihənin paralel olaraq vahid layihədə ümumiləşdirilməklə yeni formatda işlənilməsi artıq başa çatdırılır: “Belə ki, nəqliyyat və kommunikasiya sahəsində siyasəti həyata keçirən aidiyyəti dövlət qurumları ilə birlikdə son bir neçə ay ərzində intensiv işlərin nəticəsi olaraq ümumi uzunluğu 191 km olan yol-küçə şəbəkəsinin pilot layihəsinin hazırlanması yekunlaşdırılmaqdadır. İlk dəfə Ağdamda tətbiq edilmiş bu yeni layihələndirmə modelinin uğurunu nəzərə alaraq, hazırda eyni yanaşma Füzuli, Şuşa və Laçın şəhərlərinin, eləcə də Tərtər rayonunun Talış kəndinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsində də tətbiq edilməkdədir. Həmçinin Cəbrayıl, Zəngilan və Kəlbəcər şəhərlərinin, Xocavənd rayonunun Hadrut qəsəbəsinin daxili yol-küçə şəbəkəsinin layihələndirilməsi üçün müvafiq hazırlıqlar görülməkdədir”.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...