Türkiyəli məşhur müğənni Hadisənin sonuncu paylaşımları diqqət çəkib.
Ednews axşam.az-a istinadən xəbər verir ki, ifaçının hekayə bölümündə paylaşdığı fotolarda barmağında qalmaqallara səbəb olan üzüyün olduğu gözdən qaçmayıb. Hadisəyə iş adamı Mehmet Dinçerler tərəfindən evlilik təklifi edilərkən taxılan üzüyün boşanma əsnasında saxta olduğu iddia edilmişdi. Daha sonra Hadisənin üzüyü satdığı deyilirdi. Bir neçə saat əvvəl paylaşılan arxiv şəkillərdə aksesuarın yer alması tərəflərin barışması ilə bağlı şayiələrin yaranmasına səbəb olub.