İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı BAMF-ın 30 illik yubileyi ilə bağlı çıxış edərkən BAMF-ın həm Azərbaycanda, həm regionda qlobal miqyasda tanınan vətəndaş cəmiyyəti institutunu formalaşdırmasından danışıb.
O, Fondun 30 illik müddətdə davamlı fəaliyyət göstərməsinin əsas səbəbinin Umud Mirzəyevin peşəkarlığı və liderlik bacarıqları olduğunu deyib. Bundan başqa BAMF-ın 30 il boyunca Azərbaycan dövləti ilə birgə addımlamasından söz açıb.
Xatırladaq ki, bu il Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyətə başlamasının 30 illiyi tamam oldu.
BAMF-ın 30 illik yubileyi ilə əlaqədər beynəlxalq təşkilatların nümayəndələri, xarici qonaqlar, dövlət xadimləri və bir çox rəsmi şəxslərin iştirakı ilə böyük tədbir keçirilib.
Həmçinin yubiley münasibətilə BAMF-ın prezidenti Umud Mirzəyevə müxtəlif dövlət qurumları və tanınmış şəxslər tərəfindən təbrik məktubları ünvanlanıb.