Mingəçevir şəhərində küçədə üzərində zorakılıq əlamətləri olan kişi meyiti tapılıb.
Ednews report,az-a istinadən xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsi, 42 ünvanında qeydə alınıb.
Meyitin şəhər sakini, 1980-ci il təvəllüdlü Həsənov Zaur Ağəli oğluna aid olduğu məlum olub. Onun döyülərək qətlə yetirildiyi ehtimal edilir.
Meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.