Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi "Bayraktar Kızılelma" havaya qalxıb.
Ednews “Sputnik Azərbaycan”a istinadən xəbər verir ki, "Baykar"ın rəhbəri Səlcuq Bayraktar bildirib ki, gələcəkdə klassik döyüş təyyarələrinə qarşı hava döyüşlərində səsdən sürətli pilotsuz qırıcılar istifadə edilə bilər.
"Ola bilsin ki, ilk uçuşdan sonra onu təyyarə ilə müqayisə etmək düzgün olmazdı. Lakin tam hazır olduqdan sonra, bir neçə göstəriciyə görə "Bayraktar Kızılelma" Amerikanın qırıcı təyyarəsi olan "F-35"i ötəcək", - o, qeyd edib.