İşi çətinləşdirən və gündəlik fəaliyyətlərin həyata keçirilməsinə mane olan baş ağrısı...
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, baş ağrısı son bir ildə dünya əhalinin ən az 47 faizinin yaşadığı bir vəziyyətdir. Əsasən də başın sol nahiyəsində olan ağrıların səbəbi nələrdir?
Ednews sizə baş ağrılarının əsas səbəblərini təqdim edir:
MİQRENƏ SƏBƏB OLAN BAŞ AĞRILARI
Xüsusilə başın sol tərəfində orta və ya şiddətli ağrılar miqren kimi şərh edilə bilər. Başda döyünməyə səbəb olan bu ağrı göz nahiyəsindən və ya sol boyun tərəfdən yayıla bilir. Miqren simptomlarına aşağıdakılar daxildir:
- Ürəkbulanma,
- Qusma,
- Səsə həssaslıq,
- işığa həssaslıq,
- Başgicəllənmə.
Miqren ağrısının keçməsi 4 - 72 saat arasında dəyişə bilər. Miqren tutması keçirən şəxs qaranlıq otaqda dincəlməli, işıq və səsdən uzaq olmalıdır. Mütəxəssislərə görə miqrenin qəti bir səbəbi olmasa da - genetika, stress, yuxu problemləri və ya hormon dəyişiklikləri buna səbəb ola bilər.
Klaster Baş Ağrısı
Kümə baş ağrısı - bir tərəfdə, adətən göz ətrafında şiddətli ağrıdır. Bu tip ağrılar adətən 4-12 həftə arasında fasilələrlə davam edir və sonra il ərzində təkrarlanmır. Ağrı başlayandan 5-10 dəqiqə sonra güclənir. Simptomlara aşağıdakılar daxildir:
- Burun axması,
- Təxminən 1 saat çəkir,
- Bir gözü sulanır
- Qırmızılıq.
Küt baş ağrıları adətən hər gün eyni vaxtda baş verir. Yaz aylarında daha çox rast gəlinən bu tip ağrılar adətən 20-50 yaş arası insanlarda görülür və onların 80 faizi kişilərdə aşkarlanır.
Ayan Rzayeva