Bu ildən Qırğızıstanda müğənnilərə ictimai tədbirlərdə fonoqram oxumaq qadağan edilib.
Ednews Axşam.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov əmr imzalayıb.
Əmrə əsasən, müğənnilərə teatr, muzey, kinoteatr, klub, kitabxana və idman müəssisələrinin ərazilərində fonoqram mahnı oxumaq qadağan edilib. Pozuntuya görə məsuliyyəti tədbiri təşkil edən məkanın rəhbərliyi daşıyacaq.