İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər - Xüsusi nümayəndəlikdən AÇIQLAMA - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

İmkanlı şəxslər Ağalıda evlərini özləri tikəcəklər - Xüsusi nümayəndəlikdən AÇIQLAMA

Cəmiyyət A- A A+
“Aztəminatlı məcburi köçkün ailələrinə dövlət tərəfindən evlər veriləcək”. Ednews xəbər verir ki, bunu Unikal-a açıqlamasında Prezidentin Zəngilan xüsusi nümayəndəliyinin əməkdaşı Növrəs Cəfərov deyib. O bildirib ki, imkanlı şəxslərə isə azad edilmiş ərazilərdə ev tikmələrinə şərait yaradılacaq: “Evlərini fərqli formada tikmək istəyən sakinlər var. Onlar bu barədə bizə müraciət ediblər. Misal olaraq, Ağalı kəndi tikilir, orada yaşayış var. Lakin Ağalıdan olan imkanlı şəxslər üçün bir ərazi ayrılacaq ki, istənilən adam gedib orada ev tikə bilsin. Artıq bu istiqamətdə işlər gedir. Bu məsələni Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev də Qubadlı Rayon İcra Hakimiyyətində keçirdiyi görüşdə səsləndirdi. Orada da bununla bağlı suallar verildi, həmin sualları cavablandırıldı”, - deyə o bildirib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...