Şirvan sakini uçan hasarın altında qalaraq ağır xəsarətlər alıb.
Ednews-un məlumatına görə, hadisə Şirvan şəhəri 1 May küçəsində qeydə alınıb. Şəhər sakini, 1984-cü il təvəllüdlü İbadov Adıbala Əlibala oğlu mişar daşından hörülən hasarın uçması nəticəsində onun altında qalıb.
Nəticədə çoxsaylı ağır travmalarla Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.