Baş Prokurorluğun Mətbuat xidmətinə YENİ TƏYİNAT - FOTO - ednews.net

9 Fevral, Cümə axşamı

(+994 50) 229-39-11

Baş Prokurorluğun Mətbuat xidmətinə YENİ TƏYİNAT - FOTO

Cəmiyyət A- A A+

Baş Prokurorluğun Mətbuat xidmətinə yeni əməkdaş təyin edilib. 

Ednews xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib. 

Bildirilib ki, bununla bağlı Baş Prokuror Kamran Əliyev əmr imzalayıb. Əmrə əsasən Ucar rayon prokurorunun köməkçisi Aysel Həsənova bu vəzifəyə təyinat alıb. 

Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat təsdiq olunub. 

Qeyd edək ki, Aysel Həsənova ilə yanaşı 5 nəfər qadın əməkdaş da vəzifədə irəli çəkilərək Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin müvafiq şöbələrində prokuror vəzifələrinə təyin olunub. 

Ümumiyyətlə, prokurorluq orqanlarında son vaxlar bir sıra xanım əməkdaş vəzifələrində irəli çəkilib. 2020-ci ilin may ayından hazırkı vaxtadək 41 nəfər qadın əməkdaş vəzifədə irəli çəkilib, onlardan 9 nəfər rəhbər vəzifələrdə çalışır. 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...