Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sakaryanın Arifiyə rayonunda keçirilən “Yeni Nəsil Fırtına Haubitsaları”nın təqdimat mərasimində iştirak edib.
Ednews xəbər verir ki, Ərdoğan AK Partiyanın Sakarya rayonu üzrə Millət vəkili Kənan Sofuoğlu və oğlu Zayn Sofuoğlu ilə görüşüb.
Türkiyə liderinə böyük maraq göstərən Zeyn onun əlini öpüb. Ərdoğan isə bu hərəkətə cavab olaraq Zeynin əlini öpərək ona cib xərcliyi verib.
Daha sonra Zeyn Türkiyə Prezidenti ilə xatirə şəkli çəkdirib. Həmin fotoları Zayn Sofuoğlu sosial media hesabında “Qardaşı Rəcəbdən (Zayn Prezident Ərdoğanı Rəcəb qardaş kimi tanıyır) cib xərcliyi alıb” şərhi ilə paylaşıb.
Həmin fotoları təqdim edirik: