Azərbaycanda toy və yas biznesi: israfçılıq, ucuz dəbdəbə Qazanan kimlərdir?

Cəmiyyət 09:00 13.01.2023

Azərbaycanda illərdi davam edən, dəbdəbəli toy və yas mərasimlərinin ənənələri, iftrat həddə çatması gündəmdə qalmaqdadır.

Sadəlikdən uzaq şənliklər nə zamana kimi davam edəcək? Yas mərasimlərinə xərclənən azuqlərə bu qədər ehtiyac varmı?

Bu barədə Ednews-a danışan sosioloq Əhməd Qəşəmoğlu qeyd edib ki, mərasimlərin indiki şəkildə  keçirilməsi cəmiyyətimiz üçün çox mənfi bir göstəricidir. İstər dini baxımdan, istərsə də normal bir məntiqlə  israfçılıq, möhtəkirlik, maddiyatçılıq, ucuz dəbdəbə və s. kimi hallar hər zaman tənqid edilir.

“Bu mərasimlərdə isə bu tənqid olunan halların hamısı var. Belə toyların olması, o toya pul salmalı olanların bir çoxunun o vəsaiti əldə etmək üçün  məcbur edir ki, həmin fəaliyyətlər cəmiyyətdə rüşvətin, qarşıdurmanın, kriminal halların artmasına səbəb olsun. Digər tərəfdən, belə toylar musiqimizə, TV-lərimizin fəaliyyətinə ağır zərbə vurur. Mənəvi aşınmalara səbəb olur. Nəticədə şadlıq sarayları şəbəkəsinin möhtəkircəsinə varlanmasına imkan yaradır. Yas mərasimləri də onun kimi.  Bu hallar o vaxta qədər davam edəcək ki,  ciddi maarifləndirmə aparmaqla, bu sahədə ictimai qınağın yaranmasına çalışmaq üçün tədbirlər, texnologiyalar həyata keçirməklə yanaşı, belə hallara qarşı həm adminstrativ, inzibati tədbirlər görülsün”. 

Sosioloqun sözlərinə görə, sadalanlara "toy mafiyası" ciddi şəkildə mane olur. Hələliksə, mövcud ictimai qınaq kimlərinsə ayrılıqda sadə toy keçirməsinə imkan vermir.

“Ona görə də həmin ictimai qınağın xarakteri tamamilə dəyişməli, sadə toy edənləri qeybət hədəfinə çevirmək əvəzinə, indiki vəziyyətdə belə mərasim keçirinləri tənqid hədəfinə çevirməlidir. Bu məsələni isə təkcə əhalinin öhdəsinə buraxmaqla heç nə etmək olmaz. Qeyd etdiyim kimi, adminstrativ, inzibati müdaxiləyə də ehtiyac vardır. Yəni, qarşılıqlı hərəkətə”.

İqtisadçı ekspert Natiq Cəfərli isə açıqlamasında bildirib ki, zatən ölkədə inflyasiyanın ciddi olduğu bilinir. Əsasən  də ərzaq inflyasiyası çox yüksəkdir.

“Rəsmi rəqəmlərə görə inflyasiya 22 faiz civarındadır, lakin toy və yaslarda istifadə olunan  əsas ərzaq növlərinin qiyməti təqribən 40 faizə yaxın artıb. Ona görə də həm toylarda, həm də yaslarda təklif olunan menyuların qiymətinin bahalaşması qaçılmaz idi. Yalnız insanların davranış vərdişləri dəyişərsə, bu sahədə qiymətlər ucuzlaşa bilər. Düşünmürəm ki, bütün şadlıq və mərasim evləri sözü bir yerə qoyub qiyməti artırırlar. Çünki bu sahədə müəyyən rəqabət var, yəni ölkədə yüzlərlə belə obyektlər mövcuddur. Ona görə də bu məsələnin obyektiv səbəbləri daha çoxdur”.

Ekspert hesab edir ki, davranış qaydalarının dəyişməsi ilə bu problemi həll etmək olar. Yəni dəbdəbəli toy  və yas mərasimlərinə əhalinin münasibəti dəyişməsə, qiymət azalması mümkün olmayacaq.

“İnsanlarımızın toy və yaxud yas vərdişləri dəyişməlidir. Çox xərc böyük ərzaq itkilərinə də səbəb olur, çox təamlar yeyilmir, stollarda qalır. Yəni bir daha qeyd edirəm ki, yalnız insanların davranış vərdişləri dəyişərsə, bu sahədə qiymətlər ucuzlaşa bilər".

Oğuz Ayvaz 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı