Azərbaycan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov azadlığa buraxılıb.
Ednews xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.
Səmədov 2011-ci ildən cəza çəkir. O, cinayətkar dəstə təşkil etmək, odlu silahdan istifadə etməklə cinayətə hazırlıq, qanunsuz silah saxlama, hakimiyyəti zorla ələ keçirmə və digər maddələrlə həbs edilib.