TƏBİB-dən "Park Qusar" da baş verən yanğınla bağlı - Açıqlama - ednews.net

8 Fevral, Çərşənbə

(+994 50) 229-39-11

TƏBİB-dən "Park Qusar" da baş verən yanğınla bağlı - Açıqlama

Cəmiyyət A- A A+
Qusar rayonunda yerləşən "Park Qusar" istirahət mərkəzində baş verən yanğında xəsarət alanlar Bakıya gətirilir.
 
Bu barədə Ednews-a TƏBİB-dən bildirilib.
 
Qeyd edilir ki, yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Qusar Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib.
 
Hadisə nəticəsində xəsarət alan 6 nəfər Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 
 
Xəsarət alanlardan 5-i Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə olunur. Bir nəfərin müalicəsinə isə Qusar Rayon Mərkəzi Xəstəxanasında davam edilir. 
 
Xəsarət alanlardan ikisinin vəziyyəti ağır, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir. 
 
Qeyd edək ki, yanğın nəticəsində xəsarət alanlardan 4-ü hadisə yerində dünyasını dəyişib.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...