Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha bir avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.
Ednews xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.
Belə ki, 1 “KamAZ” markalı avtomobili Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib.
Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.
Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 21-ə çatıb.