Sosial şəbəkələrdə Bakının Xəzər rayonu, 136 nömrəli tam orta məktəbdə bıçaqlanma hadisəsi barədə məlumat yayılıb. Məktəbdə təhsil alan oğlanın sevdiyi qızı bıçaqladığı bildirilir.
Ednews hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə sorğu ünvanlayıb.
DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev şagirdlər arasında mübahisə olduğunu təsdiqləyib.
O bildirib ki, məsələ araşdırılıb:
“Şagirdlər arasında mübahisə olub. Onların arasında bıçaqlanma olması ilə bağlı iddialar təsdiqini tapmayıb”.