Marketdəki paketlənmiş məhsulların içindən bəzən çıxan qəribə maddələr insanların sağlamlığını təhlükəyə atır.
Ednews big.az-a istinadən bildirir ki, növbəti belə bir hal Türkiyədə baş verib.
Belə ki, vətəndaşlardan biri marketdən aldığı meyvə şirəsinin qutusunu çalxaladıqda qəribəlik hiss edib və onu kəsərək içinə baxıb.
Qarşılaşdığı ürəkbulandıran mənzərəni sosial şəbəkə istifadəçiləri ilə paylaşan şəxs videonu "Nə deyəcəyimi bilmirəm" sözləri ilə şərh edib.
Həmin kadrları təqdim edir və insanları daha diqqətli olmağa səsləyirik.