2022-ci ildə dünyada 67 jurnalist qətlə yetirilib - Dəhşətli statistika - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

2022-ci ildə dünyada 67 jurnalist qətlə yetirilib - Dəhşətli statistika

Cəmiyyət A- A A+

2022-ci ildə dünyada 67 media nümayəndəsi öldürülüb. 

Ednews xəbər verir ki, bu barədə məlumat Jurnalistlərin  Müdafiəsi Komitəsinin statistikasında yer alıb. Məlumata görə jurnalistlərin qətlə yetirilməsi ən çox Latın Amerikası ölkəsində baş verib. Ona görə də bu region mətbuat nümayəndələri üçün ən təhlükəli hesab olunur.

Göstəricilər üzrə jurnalistlərin qətllərində 2018-ci ildən bu yana təxminən 50% artım var.

Qətllərin yarısından çoxu üç ölkədə - Ukraynada (15), Meksikada (13) və Haitidə (7) baş verib. Bu ölkələr üçün indiyə qədər qeydə alınan ən yüksək rəqəmdir. 

Qeyd edək ki, Latın Amerikası ölkələrinin nominal olaraq sülh şəraitində olmasına baxmayaraq, region Ukrayna müharibəsində öldürülən jurnalistlərin sayının çoxunu ötüb.

Jurnalistlərin Müdafiəsi  Komitəsinin prezidenti Jodie Ginsberg çıxışında bildirib ki, bu rəqəmlər mətbuat azadlığının kəskin şəkildə aşağı düşməsinə işarə edir.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...