Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Mobil cihazlara telekommunikasiya xidmətlərinə dair qadağaların sayı artır

Cəmiyyət A- A A+
Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” qanuna dəyişiklikləri təsdiq edib.
 
Ednews xəbər verir ki, qanuna əsasən, sellülar (mobil) xidmətdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır.
 
Qanuna əsasən, mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.
 
Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minəcək.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...