Tehranda həlak olan Orxan Əsgərovun yas mərasimi davam edir - FOTOLAR - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Tehranda həlak olan Orxan Əsgərovun yas mərasimi davam edir - FOTOLAR

Cəmiyyət A- A A+
Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində həlak olan baş leytenant Orxan Əsgərovun yas mərasimi davam edir.
 
Ednews xəbər ki, Yeni Yasamal qəsəbəsində təşkil olunan yas mərasimində deputatlar və hökumət nümayəndələri də iştirak edib.
 
Hələ ki, O.Əsgərovun nəşinin Azərbaycana nə vaxt gətiriləcəyi ilə bağlı məlumat yoxdur.
 
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
 
Yaralıların vəziyyəti qənaətbəxşdir.
 
Terroru törətmiş şəxs Azərbaycan səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.
1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...