Səfirliyin yaralı əməkdaşları aeroportdan təcili yardım maşınları ilə aparıldı - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Səfirliyin yaralı əməkdaşları aeroportdan təcili yardım maşınları ilə aparıldı

Cəmiyyət A- A A+

Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarını gətirən təyyarə Bakıda hava limanına eniş edib.

Ednews xəbər verir ki, şəhid Orxan Əsgərovun cənazəsi də ölkəyə gətirilib. Bununla yanaşı səfirliyə hücum zamanı yaralanan şəxslər də Bakıya gətirilib. Onlar təcili yardım maşınları ilə təxliyyə olunub.

Qeyd edək ki, 27 yanvar 2023-cü il tarixində Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə terror hücumu olub.

Hücum edən şəxs avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.

Hazırda hadisənin istintaqı aparılır.

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...