Tovuzda qanunsuz ov edən şəxs saxlanılıb.
Bu barədə Ednews-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində saxlanılan Elyar Əliyevdən 1 ədəd ov tüfəngi, qanunsuz olaraq ovladığı çöl quşları və digər maddi sübutlar aşkar edilib.
Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır.