Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr xəstəxanaya aparıldı - ednews.net

31 Mart, Cümə

(+994 50) 229-39-11

Bakıda evdə güclü partlayış - Əcnəbi tələbələr xəstəxanaya aparıldı

Cəmiyyət A- A A+
Bakının Sabunçu qəsəbəsində partlayış baş verib.
 
Ednews qafqazinfo.az-a istinadən xəbər verir ki, Şəhər şosesi döngə 2, ev 8 ünvanında qaz sızması nəticəsində partlayış olub.
 
Partlayışın təsirindən evin pəncərələri qırılıb, sanitar qovşağının tavanı çöküb.
 
Hadisə zamanı evdə olan Pakistan vətəndaşları 1985-ci il təvəllüdlü Masih İmtiaz, 1988-ci il təvəllüdlü Ali Muhammed Faisal, Hindistan vətəndaşları 1991-ci il təvəllüdlü Phulpreet Singh və 2002-ci il təvəllüdlü Prem Sagar müxtəlif dərəcəli bədən xəsartləri alıb.
 
Onların Odlar Yurdu Universitetinin tələbələri olduğu və həmin evdə kirayə yaşadıqları bildirilib. Yaralılar xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...