Son zamanlar Avropa Şurası Parlament Assambleyasının (AŞPA) fəaliyyəti haqqında müxtəlif mülahizələr dolanır. Bəzi siyasi ekspertlərin fikirlərinə görə, əgər AŞPA həqiqətən də dünyada baş verən münaqişələrə, o cümlədən, Gürcüstan, Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalmasına səssiz qalmasaydı bu gün Rusiya-Ukrayna müharibəsi baş verməzdi.
“AŞPA hazırda müəyyən qüvvələrin alətinə çevrilib. Biz bunu artıq dəfələrlə görmüşük. Digər tərəfdən burada erməni diaspora üçün çalışan deputatların sayı da az deyil”.
Bu sözləri Ednews-a açıqlamasında politoloq Fikrət Sadıqov bildirib. Onun sözlərinə görə, AŞPA-nın yetəri qədər fəaliyyətsizliyi nəticəsində dünyada münaqişələr baş verir.
“Bu o deməkdir ki, onların hər an obyektiv qərar qəbul etməyə əsası yoxdur. AŞPA-nın fəaliyyətsizliyi nəticəsində bir sıra münaqişələr baş verir. Onlar təbii ki, silahlı qüvvəyə malik təşkilat deyil”.
O, bildirib ki, bu beynəlxalq regional bir təşkilat olsa da, bu münaqişələrin baş verməsində rolu var.
“Onlar dünyada siyasi meydandakı çağırışları, hər hansı bir münaqişədə sanksiyaları tətbiq etməklə münaqişələrin qarşısını ala bilərlər”.
Ayan Rzayeva