Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişir - ednews.net

29 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Bu marşrutların hərəkət sxemi müvəqqəti dəyişir

Cəmiyyət A- A A+
01.02.2023-cü il tarixində saat 08:00-dan 18:00-dək Suraxanı rayonu, Xanlar Ələkbərov və Səttar Bəhlulzadə küçələrinin kəsişməsində yerləşən qorunan dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq ediləcək.
 
Bakı Nəqliyyat Agentliyindən Ednews-a verilən məlumata görə, tətbiq ediləcək məhdudiyyətlərə uyğun olaraq 104, 208, 209 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilərək müvəqqəti olaraq İlqar Məmmədov və Vladimir Balandin küçələrinin kəsişməsində yerləşən dəmir yolu keçidindən təşkil ediləcək.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...