Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb

Cəmiyyət 18:26 31.01.2023
Dövlət Təhlükəsizliyi Xidmətinin səlahiyyətləri artırılıb. Ednews xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunun tətbiqi barədə imzaladığı fərmanda əksini tapıb. Fərmana əsasən, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı – hədəfli maliyyə sanksiyalarının tətbiqi məqsədilə yaradılacaq və idarə olunan internet informasiya ehtiyatı olacaq. Fərmana görə, aktivləri səhvən dondurulmuş fiziki şəxslərin və qurumların aktivləri həmin fiziki şəxslərin və qurumların hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatı vasitəsilə edilən müraciəti əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən müvafiq uyğunsuzluq təsdiq edildikdən sonra təxirəsalınmadan azad edilməlidir. Dövlət Təhlükəsizliyi Xidməti həmin müraciətə dərhal baxmalıdır. Fərmana əsasən, aşağıdakı fiziki şəxslər və qurumlar Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada Dövlət Təhlükəsizliyi Xidmətinin təqdimatına əsasən məhkəmənin qərarı ilə ölkədaxili siyahıya daxil edilirlər: - terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi, yaxud belə əməllərin törədilməsində hər hansı şəkildə iştirak etməsi və ya kömək göstərməsi, habelə həmin əməllərin törədilməsinə cəhd göstərməsi, terrorçu olması, terrorçu qrupun (dəstənin, təşkilatın) yaradılmasında və ya fəaliyyətində hər hansı formada iştirak etməsi ilə bağlı əsaslı şübhələr olan fiziki şəxslər və qurumlar; - yuxarıda göstərilən fiziki şəxslərin və qurumların birbaşa və ya dolayı, təkbaşına və ya başqaları ilə birlikdə mülkiyyətində və ya nəzarətində olan qurumlar; - yuxarıda göstərilən fiziki şəxslərin və qurumların adından, yaxud onların tapşırığı ilə fəaliyyət göstərən fiziki şəxslər və qurumlar. Dövlət Təhlükəsizliyi Xidməti fiziki şəxslərin və qurumların ölkədaxili siyahıya daxil edilməsinə dair təqdimatı Azərbaycan Respublikası Baş Prokurorluğunun, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanunda nəzərdə tutulmuş nəzarət orqanlarının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanların (qurumların) və ya maliyyə monitorinqi orqanının əsaslandırılmış müraciəti, həmçinin xarici dövlətin səlahiyyətli orqanının sorğusu əsasında, habelə öz təşəbbüsü ilə verir. Təqdimata müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) yerləşdiyi yer üzrə rayon (şəhər) məhkəməsi tərəfindən Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılacaq. Xarici dövlətin səlahiyyətli orqanı fiziki şəxslərin və ya qurumların ölkədaxili siyahıya daxil edilməsi üçün sorğunu Dövlət Təhlükəsizliyi Xidmətinə birbaşa, yaxud “Cinayət işlərinə dair hüquqi yardım haqqında” qanun və ya bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə müəyyən edilmiş qaydada təqdim edir. Dövlət Təhlükəsizliyi Xidməti xarici dövlətin səlahiyyətli orqanının sorğusunun Azərbaycan Respublikasının qanunvericiliyinə, o cümlədən bu Qanunda nəzərdə tutulmuş tələblərə cavab verib-verməməsini araşdırır və tələblərə riayət olunmadıqda əlavə məlumatların və sənədlərin təqdim edilməsinə dair müraciət edir. Dövlət Təhlükəsizliyi Xidməti xarici dövlətin səlahiyyətli orqanının sorğusuna 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər. Fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdə Dövlət Təhlükəsizliyi Xidməti həmin fiziki şəxsi və ya qurumu təxirəsalınmadan ölkədaxili siyahıya daxil edərək bu barədə məlumatı hədəfli maliyyə sanksiyalarına dair internet informasiya ehtiyatında yerləşdirir, əlaqə vasitələri məlum olduqda fiziki şəxsləri və qurumları ölkədaxili siyahıya daxil edilmələri barədə məlumatlandırır. Məhkəmə xarici dövlətin vətəndaşı olan, xarici dövlətdə qeydiyyatda olan və ya yaşayan fiziki şəxsin, həmçinin xarici dövlətdə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən qurumun ölkədaxili siyahıya daxil edilməsi barədə qərar qəbul etdikdə, Dövlət Təhlükəsizliyi Xidməti həmin dövlətin aidiyyəti orqanlarına bu barədə yazılı formada məlumat verilməsini təmin edir. Ölkədaxili siyahıya daxil edilmə üçün əsaslar aradan qalxdıqda Dövlət Təhlükəsizliyi Xidməti öz təşəbbüsü və ya fiziki şəxs və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciəti əsasında fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Dövlət Təhlükəsizliyi Xidməti fiziki şəxsin və ya qurumun, o cümlədən həmin fiziki şəxsin və ya qurumun siyahıya daxil edilməsi nəticəsində hüquq və qanuni mənafelərinin pozulduğunu iddia edən maraqlı şəxslərin müraciətinə 15 gün müddətində baxır və müraciət əsaslı hesab olunarsa, fiziki şəxsin və ya qurumun ölkədaxili siyahıdan çıxarılması barədə məhkəməyə təqdimat verir. Əlavə araşdırma tələb edən müraciətlərə 1 ay müddətində baxılır. Fiziki şəxs və ya qurum üçüncü dövlətin sorğusuna əsasən ölkədaxili siyahıya daxil edildikdə, sorğu göndərən dövlətin və ya həmin fiziki şəxsin vətəndaşı olduğu, daimi qeydiyyatda olduğu və ya yaşadığı və ya qurumun təsis edildiyi, idarə edildiyi və ya fəaliyyət göstərdiyi dövlətin sorğusu əsasında və ya öz təşəbbüsü ilə Dövlət Təhlükəsizliyi Xidməti ölkədaxili siyahıdan çıxarılma barədə təqdimatla məhkəməyə müraciət edə bilər. Dövlət Təhlükəsizliyi Xidməti sorğuya 15 gün müddətində baxır və sorğuya baxılmanın nəticəsi barədə xarici dövlətin səlahiyyətli orqanına yazılı formada məlumat verilməsini təmin edir. Əlavə araşdırma tələb edildikdə sorğuya baxılma müddəti uzadıla bilər.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Ölkə ərazisində yağıntılı hava müşahidə olunub
11:33 12.05.2025
Yaşar Gülər Azərbaycana səfər edəcək
11:29 12.05.2025
Ömər Çelik: PKK-nın ləğvi "terrorsuz Türkiyə" hədəfi üçün önəmli mərhələdir
11:26 12.05.2025
Azərbaycan Ordusunda kibertəhlükəsizliyə və dövlət sirrinin mühafizəsinə dair tədbirlər keçirilir
11:24 12.05.2025
NASA Veneranın qabığının sürpriz cəhətini ortaya çıxarıb
11:19 12.05.2025
Bəzi çaylarda sululuq artdı
11:10 12.05.2025
Əfqanıstanda şahmat qadağan olunub?
10:56 12.05.2025
Nanəli suyun faydaları açıqlandı
10:54 12.05.2025
Qırğızıstanda zəlzələ baş verib
10:51 12.05.2025
“HƏMAS” ABŞ vətəndaşı olan girovu azad edəcək
10:49 12.05.2025
Ceyhun Bayramov BƏƏ-nin xarici işlər naziri ilə regional məsələləri müzakirə edib
10:47 12.05.2025
Hamısı