Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq - RƏSMİ - ednews.net

21 Mart, Çərşənbə axşamı

(+994 50) 229-39-11

Buraxılış imtahanlarını kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq - RƏSMİ

Cəmiyyət A- A A+
“Bu ilin sonuna qədər bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq”.
 
Ednews  xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
 
Məleykə Abbaszadə bu sistemi yavaş-yavaş digər imtahanlara da aid etmək istədiklərini deyib:
 
"Siz bilirsiniz ki, bizdə müəyyən imtahanlar kompüter əsasında aparılır. Amma dediyim kimi, ilin sonuna doğru bütün dövlət qulluğu imtahanlarını kompüter əsasında keçirməyi planlaşdırırıq. Bundan sonra ardıcıllıqla digər kütləvi imtahanları da kompüter əsasında keçirəcəyik. Buraxılış imtahanları isə çox kütləvi imtahandır. Burada 130 mindən çox abituriyent iştirak edir, ona görə o imtahanları kompüterlə keçirmək gələcək 5 ildə mümkün olmayacaq".


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...