Əməliyyatdan sonra ölən məktəbli ilə bağlı AÇIQLAMA - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Əməliyyatdan sonra ölən məktəbli ilə bağlı AÇIQLAMA

Cəmiyyət A- A A+
Xəbər verdiyimiz kimi, Bakıda burun-boğaz əməliyyatı olunan məktəbli, 9 yaşlı Nadirli Ağasəlim Vüqar oğlu yaşadığı evdə dünyasını dəyişib.
 
Ednews  qafqazinfo.az-a istinadən xəbər verir ki, azyaşlı M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində əməliyyat olunub.
 
Məsələ ilə bağlı mərkəzdən sorğumuza verilən cavabda bildirilir ki, fevralın 1-i saat 20:25-də 2014-cü il təvəllüdlü vətəndaşın meyiti valideynləri tərəfindən Mərkəzə gətirilib: “Baxış zamanı meyitdə ölüm təsdiq olunub.
 
Bununla bağlı aidiyyəti orqanlara dərhal məlumat verilib. Daha sonra meyit ekspertizaya göndərilib.
 
Əlavə məlumat üçün bildiririk ki, 2014-cü il təvəllüdlü vətəndaşa 25.01.2023-cü il tarixində Mərkəzdə tonzillektomiya əməliyyatı icra olunub və 26.01.2023-cü il tarixində kafi vəziyyətdə evə yazılıb”.
 
Qeyd edək ki, A.Nadirli Xətai rayonu, İ.Məmmədov adına 261 nömrəli məktəb-liseyin 3-cü sinif şagirdi olub.
 
Faktla bağlı araşdırma aparılır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...