Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU - Rəsmi AÇIQLAMA - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Prezidentin seriallara ayırdığı 6 milyonu mənimsəyən qurum BƏLLİ OLDU - Rəsmi AÇIQLAMA

Cəmiyyət A- A A+
Tanınmış aktyor və rejissor Hikmət Rəhimovun açıqlaması müzakirələrə səbəb olub. O, illər əvvəl Prezident İlham Əliyev tərəfindən serialların inkişafına dəstək məqsədilə ayırdığı 6 milyon manat vəsaitin mənimsədildiyini iddia edib. Dediyinə görə bir neçə il əvvəl ölkə başçısının serial sektoruna ayırdığı büdcə hissə-hissə xərclənməli olduğu təqdirdə ortaya serial çıxmayıb. Aktyor vəsaitin hansı quruma və pulun kim (kimlər) tərəfindən mənimsənildiyini açıqlamasa da, onun fikirləri səs-küyə səbəb olub. Hətta bu məsələdə hədəf olaraq Mədəniyyət Nazirliyi göstərilib. Ednews xəbər verir ki, məsələ ilə bağlı Mədəniyyət Nazirliyi Bizim.Media-nın sorğusunu cavablandırıb. Qurumdan bildirilib ki, seriallara ayrılan vəsaitin mənimsənilməsi ilə bağlı aktyor Hikmət Rəhimovun ittiham etdiyi tərəf Mədəniyyət Nazirliyi deyil: “Məsələ ilə bağlı aktyorun özü ilə əlaqə saxlamağınız tövsiyyə olunur. Qeyd olunan dövr ərzində isə Mədəniyyət Nazirliyinə serial çəkilişinə görə xüsusi vəsait ayrılmayıb”, - deyə nazirlikdən qeyd edilib. Bizim.Media-nın araşdırmasına görə Azərbaycan prezident İlham Əliyev milli televiziya filmlərinin istehsalına maliyyə yardımının göstərilməsi haqqında sərəncamı 2013-cü ildə imzalayıb. Milli telefilmlərin, o cümlədən teleserialların çəkilişini dəstəkləmək məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Milli Televiziya və Radio Şurasına 6 (altı) milyon manat vəsait ayrılıb. Qeyd edək ki, Milli Televiziya və Radio Şurasının sədri həmin dövrdə Nuşirəvan Məhərrəmli olub. O, 2020-ci ilin aprelində MTRŞ-nin sədri vəzifəsindən kənarlaşdırılıb. Qaldırılan məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini almağa hazırıq.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...