Bərdədə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi BAŞLANILDI - ednews.net

30 Mart, Cümə axşamı

(+994 50) 229-39-11

Bərdədə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi BAŞLANILDI

Cəmiyyət A- A A+
Bərdədə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.
 
Ednews  xəbər verir ki, ötən gün "VAZ 2121" ("Niva") markalı 90-EA-774 dövlət qeydiyyat nişanlı avtomobillə 34-BG-302 dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillərin toqquşması nəticəsində Quliyev Ceyhun Arif oğlu (1988), Baxşəliyev İlkin Məhərrəm oğlu (1995), Kərəmova Xalidə İsa qızı (1972), Baxşəliyev Məhərrəm Nüsrət oğlu (1968), Baxşaliyeva Məfdunə Məhərrəm qızı (1998) hadisə yerində ölüb.
 
2001-ci il təvəllüdlü Baxşaliyeva Fəridə Məhərrəm qızı müxtəlif bədən xəsarətləri alaraq Bərdə Rayon Diaqnostika Mərkəzinə köçürülüb.
 
Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olma) maddəsi ilə cinayət işi başlanılıb, ekspertizalar təyin edilib.
 
İstintaq davam etdirilir.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...