Xoy şəhərinin zəlzələdən zərər çəkmiş kəndlərindən birinə yardım etməyə gələn bir qrup fəal kəndin uşaqları ilə oynayıb. Həmçinin, fəallar uşaqlarla bir yerdə “Cücələrim” mahnısını ifa ediblər.
Ednews xəbər verir ki, bu barədə məlumat teleqram kanallarında yayılıb.
Azərbaycan Milli Hərəkatının fəalları hökumət rəsmilərindən və ekspertlərdən xahiş ediblər ki, son zəlzələdən sonra psixoloji zədə alan uşaqları müayinə etmək üçün zəlzələdən zərər çəkmiş rayonlara psixoloji qruplar göndərsinlər.
Xoy şəhərində baş verən son zəlzələdən sonra uşaqlar digər insanlardan qat-qat çox əziyyət çəkiblər. Onlar havanın soyuq olması, sığınacaq və istilik cihazlarının olmaması səbəbindən çətin şəraitdə yaşayırlar.