ATƏT Daimi Şurasının iclasında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum məsələsi qaldırılıb.
Ednews xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi Rövşən Sadıqbəyli tvitterində məlumat verib.
ATƏT-də 52 ölkəni təmsil edən nümayəndə heyəti İrandakı səfirliyimizə edilən silahlı hücumu pisləyib və həlak olanların ailələrinə başsağlığı veriblər.
Qeyd ediblər ki, bu terror hadisəsi tez bir zamanda araşdırılmalıdır.