İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

İranla sərhəddə ƏMƏLİYYAT – Saxlanılanlar var

Cəmiyyət A- A A+
Fevralın 2-də saat 16:25-də Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən 2 nəfər naməlum şəxs sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
 
Bu barədə Ednews-a  DSX-nin Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, araşdırma zamanı saxlanılan şəxslərin Əfqanıstan vətəndaşları - 2003-cü il təvəllüdlü Raja Məhəmməd Qoçuməhəmməd oğlu və 2006-cı il təvəllüdlü Zahidullah Mədaxil Məhəmmədqol oğlu olmaları müəyyən edilib.
 
Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...