Şəmkirdə qardaş bacısını qətlə yetirdi - ednews.net

2 Aprel,

(+994 50) 229-39-11

Şəmkirdə qardaş bacısını qətlə yetirdi

Cəmiyyət A- A A+
Şəmkirdə ailə dramı baş verib. Ednews Bizim.Media-nın yerli bürosunun məlumatına istinadən xəbər verir ki, hadisə rayonun Sabirkənd kəndində 1992-ci il təvəllüdlü Şaiq Şərifli bacısı, 1992-ci il təvəllüdlü Qənirə Şərifovanı bıçaqlayaraq qətlə yetirib. Şaiq Şərifli Şəmkir rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şübhəli şəxs kimi saxlanılıb. Araşdırma aparılır. Faktla bağlı Şəmkir rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...