Klassik Azərbaycan şairinin İrandakı məzarı dağıdıldı - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Klassik Azərbaycan şairinin İrandakı məzarı dağıdıldı

Cəmiyyət A- A A+
XIII əsr Azərbaycan şairi İzəddin Həsənoğlunun İrandakı məzarı dağıdılıb.
 
Ednews  xəbər verir ki, bu barədə folklorşünas alim, AMEA Folklor İnstitutunda xarici ölkələrlə əlaqələr bölməsinin rəhbəri Əli Şamil özünün sosial şəbəkə hesabında məlumat verib.
 
"Bu səhər isə acı bir xəbər gəldi. Həsənoğlunun qəbirinin dağıdılmış vəziyyətdəki şəkilini göndəriblər. Arzu edərdim ki, ziyalılarımız, rəsmi dairələrimiz bu məsəliyə münasibət bildirərlər", - o qeyd edib.
 
Qeyd edək ki, İzəddin Həsənoğlu Azərbaycan ədəbiyyatı tarixində ana dilində ilk qəzəlin müəllifidir.
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...