Gəncədə azyaşlılara qarşı zor tətbiq edən şəxsin görüntüləri yayılıb.
Sosial şəbəkələrdə yayılan videogörüntü ilə bağlı Gəncə Şəhər Baş Polis İdarəsində dərhal müvafiq araşdırmalar başlanılıb.
Ednews Bizim media-ya istinadən xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımovun verdiyi məlumata görə, Baş İdarənin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində videodakı şəxsin Gəncə şəhər sakini 1982-ci il təvəllüdlü Etibar Əliyev olması müəyyən edilib.
E.Əliyev saxlanılaraq polis şöbəsinə gətirilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.