Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu - YARADILDI - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Əlilliyi olan şəxslərin bank xidmətləri ilə bağlı İşçi Qrupu - YARADILDI

Cəmiyyət A- A A+
Azərbaycan Mərkəzi Bankının (AMB) tövsiyəsi ilə Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən "Əlilliyi olan şəxslərə münasibətdə xüsusi yanaşmanın formalaşdırılması və təkmilləşdirilməsi üzrə" İşçi Qrupu yaradılıb. 
Ednews bu barədə AMB-yə istinadən xəbər verir. 
 
Məlumata görə, işçi qrup AMB-nin əlilliyi olan şəxslərə bank xidmətləri göstərərkən ayrı-seçkiliyə yol verilməməsi istiqamətində tədbirlər planı çərçivəsində atılıb. 
 
Qeyd edək ki, işçi qrupunda bütün banklar təmsil olunur. İşçi qrupunun əsas məqsədi bu kateqoriyadan olan bank xidmətləri istehlakçılarına göstərilən xidmətləri təkmilləşdirmək və heç bir halda ayrı-seçkiliyə yol verməməkdir. 
 
Qeyd olunan məsələ ilə əlaqədar Mərkəzi Bank, Assosiasiya və işçi qrupun iştirakı ilə mütəmadi görüşlər keçirilir və əlilliyi müəyyən edilmiş şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməsi ilə bağlı bütün lazımi tədbirlərin görülməsi, eləcə də onlara göstərilən xidmət səviyyəsinin artırılması mövzularında birgə müzakirələr aparılır. 
 
Ölkənin maliyyə tənzimləyici qurumu kimi, sosial həssas əhali qrupu olan əlilliyi olan şəxslərin maliyyə xidmətlərinə maneəsiz çıxışının təmin olunmasını Mərkəzi Bank daimi əsasda diqqət mərkəzində saxlayır.


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...