Azərbaycanın axtarış-xilasetmə qrupu Adanadan Kahramanmaraşa yollandı - FOTOLAR - ednews.net

20 Mart, Bazar ertəsi

(+994 50) 229-39-11

Azərbaycanın axtarış-xilasetmə qrupu Adanadan Kahramanmaraşa yollandı - FOTOLAR

Cəmiyyət A- A A+

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı qardaş ölkəyə gedən Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Adanadan Kahramanmaraş şəhərinə yola düşüb. 

Ednews Report-a istinadən xəbər verir ki, Azərbaycanın xilasediciləri artıq Adananın Şakir Paşa Hava Limanından zəlzələrin nəticələrini aradan qaldırmaq üçün Kahramanmaraşa yola düşüb. 

Azərbaycan FHN-in növbəti qrupunun isə bir neçə saatdan sonra Adana şəhərinə çatması gözlənilir. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə FHN-in 420 nəfər şəxsi heyəti qardaş ölkəyə göndərilib. 

 

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...