Media reyestrinə etiraz edənlər: onlar nə istəyirlər?

Cəmiyyət 19:40 06.02.2023

“Media haqqında” Qanunun qəbulundan sonra tətbiqinə başlanılıb.

Ednews xəbər verir ki, Qanunun tələbinə görə, media subyektləri fəaliyyətini davam etdirmək üçün Media Reyestrinə daxil olmalıdırlar.

Media reyestri mütləqdirmi?

Mövcud qanuna görə, media reyestrinə daxil olmadan da kontent yaradıcısı və yayıcısı olmaq mümkündür. Lakin bu kontent kütləvi, fərqli mənbələrə məxsus informasiya istehsalı və kütləvi informasiya yayıcılığına hədəflənməməlidir. Çünki kütləvi informasiya yaymaq üçün qanun mövcud standartlar və tələblər müəyyən edib. Bu tələblərdən birin də KİV adına iddia edən subyektin media reyestrində olmasının vacibliyidir. Qanunun verdiyi səlahiyyətə görə, icra hakimiyyəti orqanının (indiki halda Media Agentliyi) reyestrə daxil olmayan kütləvi informasiya yayıcısı ilə bağlı məhkəməyə müraciət edib, hüquqi tədbir görülməsi ilə bağlı iddia qaldırmaq hüququ var.

Son məlumata görə, 200-ə qədər media subyekti artıq media reyestrinə daxil olub. Lakin media reyestrinə daxil olmasından imtina edilmiş subyektlər də var. Təbii ki, imtina qərarı alanların sayı artdıqca narazı qalanlar da çoxalacaq. Bu isə sosial mediada, həm də hüquqi müstəvidə müzakirə və mübahisələri artıracaq.

Media haqqında qanundan narazı olanlar kimlərdir?

Qanundan, daha dəqiqi desək, qanunun tələbi olan media reysterindən narazıları 3 qrupa bölmək olar:

  1. Media reyestrinə daxil edilməsindən imtina olunmuş subyektlər
  2. Heç bir müraciət etməyən, qanuna siyasi motivlərlə etiraz edənlər
  3. Fərdi jurnalist kimi reyestrə müraciətlərinə mənfi cavab alanlar

 

Media reyestrinə daxil edilməsindən imtina olunmuş subyektlər böyük əksəriyyətlə (fərqli səbəblərlə imtina alanlar da var) daha çox rüşvət tələb etmək, jurnalist və media adından sui-istifadə edib, bu immunitetdən yararlanmaq istəyənlərdir. Bu qrupa daxil olanlar faktiki jurnalist fəaliyyəti ilə məşğul olmur, böyük əksəriyyəti rayon və kəndlərdə, orta və kiçik məmurların, iş adamlarını şantaj etməklə aylıq vəsait alır, şikayətçilərin problemlərini konkret məbləğ müqabilində işıqlandırırlar. Bu subyektlər adətən bir nəfərdən və ya eyni ailənin iki-üç üzvündən ibarət “redaksiya heyətinə” malik olurlar. Onlar daha çox bir məmurun başqa məmura qarşı sifarişini yerinə yetirir, çirkli informasiya axınında iştirak edirlər. Bu tip subyektlərin “eksklüziv informasiyası” daha çox maraq qrupları tərəfindən sızdırılmış “etibarlı mənbə” məlumatları olur. Bunlar arasında bəzi qonşu dövlətlərin planlarına görə istifadə etdikləri, yalan və manipulyativ informasiya yayanlar da kifayət qədərdir. Əksər hallarda feyk xəbər üçün istifadə olunan bu tip subyektlər informasiyanın dövriyyəyə buraxılması, daha sonra daha geniş arealda manipulyasiya olunması üçün alət kimi istifadə edilir.

Amma media reyestrinə daxil edilməsindən imtina olunanlar arasında qanunun tələbi olan 20 orijinal kontenti yaratmaq üçün resursu çatmayan, rəhbərinin ali təhsili olmayan və ya digər tələblərə cavab verməyənlər də var. Media Agentliyi bildirir ki, reyestrə daxil edilməsindən imtina olunmuş subyektlərin hər birinə qərarı əsaslandıran individual səbəb barədə məlumat verilib.

Qanunla bağlı etirazını bildirən ikinci qrup isə daha çox siyasiləşmiş, beynəlxalq konvensiyalara, demokratiya, media azadlığı və insan haqları ilə bağlı sənədlərə istinad edənlərdir (istinadlarda xeyli manipulyasiyalar olduğunu da göstərmək çox asandır). Maraqlıdır ki, bu qrupa daha çox dəstəyi də məhz elə birinci qrupda təmsil olunanlar verirlər. Və bu zaman sual ortaya çıxır. Beynəlxalq konvensiyalar nə deyir? İnformasiya kirliliyi yaratmaq, başqa media qurumlarına oxşar loqotiplər və adlarla şantaj edib pul tələb etmə media azadlığıdırmı? Və ən əsas sual, iki bir-birinə zidd qütbdə dayanmış, tamamilə fərqli DAXİLİ VƏ XARİCİ marağa xidmət edən qütblər hansı vahid maraq ətrafında belə birləşə biliblər? Axı cəmi iki həftə əvvəl Media Agentliyini aksiya ilə hədələyənlərin heç biri “azad media və beynəlxalq konvensiyalar”a istinad edənlər deyildi? Necə oldu ki, beynəlxalq səviyyəli hüquqi aktlara istinad edənlər adını yazanda üç yerdə səhv edənlərlə birləşdilər?

Media reyestrindən hansı jurnalistlər imtina alıb?

Əvvəla, onu qeyd etmək lazımdır ki, jurnalistlərin media reyestrində olması könüllü seçimdir. Media reyestrində olmamaq jurnalistin fəaliyyətinə məhdudiyyət tətbiq etmir. Bu qanunda da açıq-aşkar yazılıb. Sadəcə, media reyestrinə daxil olmuş, fəaliyyət növü jurnalistlik olan şəxslərə müəyyən güzəştlər və immunitetlər təklif olunur. Media reyestrində olmayan jurnalist isə təbii ki, bu güzəştlərdən yararlana bilməyəcək. Çünki icra hakimiyyəti orqanı onu jurnalist fəaliyyət növü ilə məşğul olan şəxs kimi tanımır. “Jurnalist azaddır və ona heç bir güzəşt tətbiq olunmamalıdır. Jurnalist ona təklif olunan imtiyazlardan (vergi güzəşti, güzəştli ipoteka şərtləri və s) imtina etməldir” doqması ilə yaşayanlar, ya da özünü belə göstərənlər nədən narahatdırlar ki? Onlar zatən jurnalistlərə təklif olunan güzəştləri istəmirlər və yararlanmağı da doğru hesab etmirlər. Heç kim onların jurnalist fəaliyyətinə mane olmur, reyestrdə olmadan fəaliyyətlərini davam etdirməkdə problem yoxdur. Bu onların azad seçimi olduğu kimi, reyestrdə olub dövlətin digər zümrələrə təklif etdiyi güzəştli şərtlərdən yararlanmaq da bu seçimi edənlərin haqqıdır? Yox, məsələ “istəmirəm, yan cibimə qoy” misalı ilə həm “azad media fədakarı” kimi görünüb, həm də güzəştlərdən yararlanmaq istəyidirsə, bu dövr artıq bitib. Dövlət qanun qəbul edib və hazırda da qanun tətbiq olunur. Burda başa düşülməyəsi nə var?

“İcazəsiz fəaliyyət növü olaraq blogerlik, vlogerlik, sosial media aktivistliyi ilə məşğul olmaq azaddır, eyni zamanda, reyestrdə olmadan jurnalist kimi fəaliyyət göstərmək də azaddır. Faktiki olaraq, reyestrə daxil olan media subyektinin 3 ildən az stajı olan jurnalisti də reyestrə daxil ola bilməyəcək. Etirazçıların məntiqi ilə o jurnalist deyil və ya jurnalist fəaliyyəti ilə məşğul olmayacaq? Axı qanunda belə bir müddəa yoxdur və bu absurddur. Reyestrin məqsədi media və jurnalist siyahısını müəyyən etmək, gələcəkdə ona güzəştlər tətbiq etmək və sahənin inkişafı üçün müəyyən kreditlər, inkişaf layihələri ayırdıqda istinad olunan bir kadastr yaratmaqdır. Reyestri, tərifi, fəaliyyət növü və fəaliyyət arealı olmayan sahənin inkişaf strategiyası nəyin əsasında və necə hazırlansın? Media subyektinə və jurnalistə edilən güzəşt təklifini, dövlətdən gələn dəstək və inkişaf layihəsini heç bir formada qəbul etməyən, amma hansı prioritetlər və mənbələr üzərində yaşayacağını da açıqlamayan subyektlər, onların sahibləri nə düşünür?

 

Media reyestrinə daxil edilməyən ikinci qrup jurnalistlər isə uzun illər əməyi istismar olunanlardır. Bu məsələ ciddi narahatlıq doğurur və burda indi zərərçəkmiş durumunda qalan jurnalistin günahı yoxdur. Məhz elə hər hansı kadastrın olmamasının səbəbindən aralarında tanınmış jurnalistlərin də olduğu xeyli şəxsin əməyi istismar olunub, onlar heç bir dövlət reyestrində ştatlı işçi kimi göstərilməyib, müqaviləsiz işlədiliblər. Çoxunun əmək kitabçası ya yoxdur, ya da saxta yazılıb. Bu problemi isə reyestr yaratmayıb. Reyestr mövcud olan problemi ortaya çıxarıb, bundan sonra belə problemlərin yaranmamasını stimullaşdırır. İndi jurnalist media subyektinin rəhbərindən işə götürülməsini, onunla müqavilə bağlanmasını tələb edir. Bu isə jurnalistin təkcə media reyestrində olmasını təmin etmir, həm də gələcək fəaliyyəti, iş stajı, təqaüd və sığorta problemlərini həll edir. Belə olan halda ortaya sual çıxır. Bunu anlayan, başa düşən və məsələnin fərqinə varan jurnalist niyə reyestrdə olmağa qarşı çıxsın? Səbəb? Əlbəttə, etiraz edənlər jurnalist kimi fəaliyyətdə ya maraqlı deyillər, ya da media haqqında qanundakı tələblərə cavab vermirlər.

Burda xüsusilə əmək hüququ tapdanmış bir qrup jurnalist də var ki, onlar 10-15 il fəaliyyət göstərməklərinə baxmayaraq fəaliyyətləri müqavilə ilə rəsmiləşdirilməyib və indi özlərindən asılı olmayan səbəbdən imtina alırlar. Bunun isə həlli yolu, media reyestrinə qarşı çıxmaq deyil, heçə sayılmış əmək hüququnu məhkəmə qaydasında bərpa etməkdir. Çünki media resyteri məlumatları vahid əmək bazasından export edir. O məlumatlar həmin bazada yoxdursa, sabah Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 50 etiraz statusu yazılsa da, bu adamların pensiya hüququ tanınmayacaq. Eynilə də sığorta və digər hüquqlar.

Beləliklə, təhlil və bir az sakit düşüncə, “Media haqqında”! qanunun tətbiqi ilə bağlı müzakirələrdə iştirak edənlərin çoxunun yenə də “belə deyirlər ki...” arqumentsizliyi və məlumatsızlığı ilə hərəkət etdiklərini göstərir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Oğuzda yol qəzası baş verib
12:48 13.05.2025
Pekində Çin-Azərbaycan Gənclər Forumu keçiriləcək
12:43 13.05.2025
“SpaceX” kompaniyası orbitə daha 26 internet peyki çıxarıb
12:40 13.05.2025
Sabah hava yağıntılı olacaq
12:34 13.05.2025
Hansını seçmək daha faydalıdır? Cəfəri yoxsa şüyüd?
12:26 13.05.2025
İndoneziyada partlayış baş verdi
12:16 13.05.2025
Beyləqanda 17 tüfəng polisə təhvil verilib
12:08 13.05.2025
Sumqayıt Kimya Sənaye Parkında “Bayraktar” PUA-ları istehsal ediləcək
12:06 13.05.2025
Astaranın çay plantasiyalarında mövsümün ilk yığımına start verilib
11:55 13.05.2025
UNICEF-in Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti dayandırılacaq
11:50 13.05.2025
ABŞ Prezidenti Səudiyyə Ərəbistanına gəlib
11:45 13.05.2025
"Türkiyə terrorla 41 illik mübarizəni zəfərlə bitirdi"
10:49 13.05.2025
"Azərbaycanın donanmasına 2030-cu ilədək 30-dan artıq yeni nəsil təyyarə qoşulacaq"
10:45 13.05.2025
Azərbaycan Prezidenti Türkiyənin milli müdafiə nazirini qəbul edib
10:41 13.05.2025
Azərbaycan 34-cü Beynəlxalq Doha Kitab Sərgisində təmsil olunur
10:33 13.05.2025
Oğurlanmış Budda heykəli 13 ildən sonra yapon məbədinə qaytarılıb
10:30 13.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu işə başlayıb
10:27 13.05.2025
Bakıda IATA-nın Aviasiya Enerji Forumu başlayıb
10:23 13.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının akademiyası BP ilə Anlaşma Memorandumu imzalayıb
10:17 13.05.2025
Ötən il 90 qadın, 1 kişi insan alveri qurbanı olub
10:12 13.05.2025
Venesuelanın turizm naziri Azərbaycana səfər edəcək
10:09 13.05.2025
Ceyhun Bayramov Bəhreyn Milli Muzeyi və XİN-in "Əl-Madar" mərkəzini ziyarət edib
10:07 13.05.2025
Moskvada Ümummilli Lider Heydər Əliyevin xatirə gecəsi keçirilib
10:03 13.05.2025
EBRD Azərbaycanın 2025-2026-cı illər üçün iqtisadi perspektivlərini açıqlayıb
08:57 13.05.2025
İstanbul sahilində zəlzələ olub
08:25 13.05.2025
ABŞ və Somali silahlı qüvvələri Puntlenddə terrorçulara zərbə endirib
00:03 13.05.2025
Bu gün Qara Qarayevin anım günüdür
00:00 13.05.2025
Vyetnamla münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması təsadüfi deyil
13:04 12.05.2025
Bolqarıstan Prezidenti avrozonaya qoşulma ilə bağlı referendum keçirməyi təklif edib
12:41 12.05.2025
İran XİN: Tehran ABŞ-ın nüvə obyektlərinin sökülməsi tələbini rədd edib
12:37 12.05.2025
Finlandiyada İsveç və Böyük Britaniya hərbçilərinin iştirakı ilə təlimlər başlayıb
12:34 12.05.2025
Bakıda ölkə futbolunun əfsanələri arasında matç keçiriləcək
12:32 12.05.2025
Azərbaycan XİN başçısı Bəhreyn Baş naziri ilə əməkdaşlıq perspektivlərini müzakirə edib
12:29 12.05.2025
Yeni kəşf: Marsın 5-20 kilometr dərinliyində - okeanaltı qatlarda su ehtiyatları var
12:24 12.05.2025
BDU-da astronomik müşahidə günü
12:14 12.05.2025
Milli kibertəhlükəsizlik monitorinq sisteminin yaradılması istiqamətində tədqiqatlar davam etdirilir
12:07 12.05.2025
Bakıda Avropa və MDB Poçt Liderlərinin I Forumu keçiriləcək
11:50 12.05.2025
Azərbaycanla Latviya arasında kənd təsərrüfatı üzrə İşçi Qrupu yaradılacaq
11:48 12.05.2025
Hindistan-Pakistan sərhədində hava limanları yenidən açılacaq
11:43 12.05.2025
Türkiyə hökuməti terror təhlükəsinin tam aradan qaldırılması məsələsini müzakirə edəcək
11:36 12.05.2025
Hamısı