Evli qadınlar arasında “Kainat gözəli”nin qalibi məlum olub - FOTOLAR - ednews.net

24 Mart, Cümə

(+994 50) 229-39-11

Evli qadınlar arasında “Kainat gözəli”nin qalibi məlum olub - FOTOLAR

Cəmiyyət A- A A+

Udmurtiya sakini Yelena Maksimova evli qadınlar arasında keçirilən "Kainat gözəli" beynəlxalq gözəllik müsabiqəsinin əsas titulunu alıb.

Bu il müsabiqə yanvarın 30-dan fevralın 5-dək Sofiyada keçirilib.

Ednews oxu.az-a istinadən xəbər verir ki, Çin, Tailand, Filippin, Yaponiya, Hindistan, Belarus, Ukrayna, Almaniya, İspaniya, ABŞ və digər ölkələrdən 120 qadın müsabiqənin finalına çıxıb. 2007-ci ildən keçirilən yarışın tarixində ilk dəfə olaraq Rusiya təmsilçisi birinci yerə layiq görülüb.

Qeyd edək ki, Yelena Maksimova Udmurt Respublikasının Giya kəndində anadan olub. İndi o, İjevskdə dil mərkəzləri şəbəkəsini idarə edir və iki övladı var. 34 yaşlı xanım artıq 34 ölkəni ziyarət edib.

1

1



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...