Azərbaycan Mətbuat Şurası Mahmud Qacarın vəfatı ilə bağlı başsağlığı verib

Cəmiyyət 18:05 08.02.2023

Azərbaycan mətbuatına ağır itki üz verib.

Ednews xəbər verir ki, bu gün jurnalistlistikamızın tanınmış simalarından, istedadlı yazıçı, şair  Mahmud Qacar ömrünün 74-cü ilində vəfat edib. 

Qeyd edək ki, Mahmud Quliyev 1 sentyabr 1949-cu ildə Füzuli rayonunun Qacar kəndində doğulub. 1976-cı ildə BDU-nun jurnalistika fakültəsini bitirərək Füzuli rayonunda çıxan "Araz" qəzetində fəaliyyətə başlayıb. O, Füzuli rayonunun işğalına qədər davamlı olaraq bu redaksiyada çalışıb 

 Mahmud Qacar fəal ictimaiyyətçi kimi də rayonun ictimai-siyasi həyatında yaxından iştirak edib. O, Füzuli rayonunda "Bilik" və "Kitabsevərlər" cəmiyyətlərinin və Rayon Dövlət İdarələri Həmkarlar İttifaqının Komitəsinin sədri kimi çalışıb. "Təfəkkür" elmi jurnalının və "Əsrin səsi" qəzetlərinin baş redaktoru olmuşdur. Mahmud Qacar səmərəli bədii-publisistik fəaliyyətinə görə 1999-cu ildə Azərbaycan KİV Hİ-nin "Kəmalliyyə" diplomuna və "Qızıl Qələm" jurnalist mükafatına layiq görülüb. 

Ədəbi aləmdə öz dəsti-xətti üslubu, bədii- publisistik yazıları ilə tanınan Mahmud Qacar yaradıcılığının əsas ruhunu yurd həsrəti, müqəddəs amallar uğrunda mübarizə təşkil edən kitablarında təlatümlü şair qəlbinin əks sədası olan müxtəlif səpkili lirik şeirləri və poemaları yer almışdır.

Ümumiyyətlə, Mahmud Qacar şeirərində diqqəti cəlb edən zövq oxşayan seçmə qafiyələr, hikmətli qovuşma sözlər, ideomatik ifadələr, təşbeh və təzadlar çoxdur. Onun müxtəlif illərdə yazdığı jurnalist yazılarında,  təmsillərində nadanlıq, nankorluq, yaltaqlıq, qohumbazlıq, lovğalıq, hərdəmxəyallıq, biliyi, gücü çatmayan işə can atmaq kimi insanı alçaldan keyfiyyətlər kəskin tənqid olunur.

Mahmud Qacarın bu günə kimi 8 bədii kitabı işıq üzü görüb. O, “Füzuli şəhidləri”, “Binəqədi şəhidləri”, “Cəddini çağırırıq”, “Müqəddəs ata yurdu”, “Sevməyə dəyərmiş”,  “Sözüm var hələ”, “Bağışla məni, Qacarım”, “Kəsilməyən səslər” kimi kitabların müəllifidir.

İstedadlı publisistin yaradıcılıq məhsulu olan çoxlu məqalələrində həyatımızın sevinc və təzadları, müasirimiz olan ayrı-ayrı adamların həyat və sənət dünyası, ağlı-qaralı dünyamızın çalarları özünəməxsus şəkildə qələmə alınıb. 

Jurnalist şair Mahmud Qacarın vəfatı Azərbaycan jurnalistikası və ictimai fikri üçün böyük itkidir. Azərbaycan Mətbuat Şurasının sədri və İdarə Heyətinin üzvləri jurnalisti tanıyan, onun sənətinə dəyər verən hər kəsin üzüntüsünü bölüşür, bir daha mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. 

Allah rəhmət etsin!

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı